Yuxarı
    Bağlamaq

    Azərbaycan investoru Rusiya zavodunu müflisləşmədən xilas edir - ƏLAVƏ OLUNUB

    Şirkət çoxmilyardlı müqavilə imzalayıb

    Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın "AS Group Investment" şirkətinin tərkibinə daxil olan Rusiyanın "AS Prom" MMC Sverdlovsk vilayətində yerləşən "1 May Kirov maşınqayırma zavodu" ASC-ni müflis olmaqdan xilas edəcək.

    "Report"un "Nabludatel" saytına istinadən verdiyi xəbərə görə, zavodun əsas kreditoru olan "AS Prom" istehsalın yenidən təşkil olunması üçün çoxmilyardlı müqavilə imzalayıb. Bu müqavilə zavodun iflasa uğramasının qarşısını alacaq.

    "AS Prom" Sverdlovsk vilayətində tikilməkdə olan sənaye iqtisadi zonasında - "Titan vadisi" xüsusi iqtisadi zonanın 8 rezidentindən biridir. Burada sahibkarlar əmlak, nəqliyyat və torpaq vergisindən azaddırlar. Mənfəət vergsi isə 4,5% azaldılaraq 15,5%-ə çatdırılacaq.

    Qeyd edək ki, "AS Group Investment" Azərbaycanda istehsal və tikinti bazarında aparıcı mövqe tutan iri developer şirkətlərindən biridir.

    “AS Group Investment”dən "Report"a bildirilib ki, Rusiya KİV-i məlumatı araşdırmadan dərc edib: “AS Group Investment” MMC məlumatda adı hallanan "AS Prom" MMC-in təsisçisi, səhmdarı və ya mülkiyyətçisi deyil". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi