Azərbaycan I rübdə 288 kq qızıl hasil edib

Azərbaycan I rübdə 288 kq qızıl hasil edib Qızıl hasilatı illik müqayisədə 31% azalıb
Sənaye
18 Aprel , 2017 15:07
Azərbaycan I rübdə 288 kq qızıl hasil edib

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-mart aylarında 287,9 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,8% azdır.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Hesabat dövründə ölkədə gümüş istehsalı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 76,0 kq təşkil edib.

Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. 

Son xəbərlər

Orphus sistemi