Yuxarı
    Bağlamaq

    Azərbaycan İnvestisiya Şirkəti tender keçirir

    Şirkət Masallı Sənaye Zonasının yaradılması ilə bağlı tikinti işləri gördürmək istəyir

    Bakı. 5 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında “Azərbaycan İnvestisiya Şirkəti” ASC Masallı Sənaye Zonasının yaradılması ilə bağlı tikinti işlərinin satın alınması məqsədilə açıq tender elan edib.

    “Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

    İddiaçılar ilkin sənədləri iyunun 29-na qədər, tender təklifi və onujn dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 10-na qədər şirkətin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanındakı “Demirchi Tower” biznes mərkəzinin 20-ci mərtəbəsində yerləşən ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Kamran Musayevdir. Telefon: (012) 488-80-10. E-poçt: kmusayev@aic.az

    Təkliflərə iyulun 11-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq. Qiymətləndirmə zamanı aşağı qiymət, satınalma müqaviləsinin yerinə yetirilməsi müddəti, kadr imkanları və təminat müddəti kimi meyarlara üstünlük veriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi