Azərbaycan gümüş hasilatını kəskin artırıb

Azərbaycan gümüş hasilatını kəskin artırıb Qızıl hasilatı isə 14% azalıb
Sənaye
18 May , 2016 10:45
Azərbaycan gümüş hasilatını kəskin artırıb

Bakı. 18 may. REPORT.AZ/ Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 597,1 kq qızıl hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% azalma deməkdir. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari il mayın 1-nə 63,2 kq hazır məhsul ehtiyatı yaranıb.

Rəsmi statistikaya əsasən, bu müddətdə gümüş hasilatı isə 5,1 dəfə artaraq 130,1 kq təşkil edib. Hazır məhsul ehtiyatı 13,0 kq olub.

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Son xəbərlər

Orphus sistemi