Azərbaycan gələn ildən ferrosilisium və ferrosilikomanqan istehsal edəcək

Azərbaycan gələn ildən ferrosilisium və ferrosilikomanqan istehsal edəcək Zavodun 2017-ci ilin ikinci yarısında fəaliyyətə başlayacağı gözlənilir
Sənaye
13 İyun , 2016 18:08
Azərbaycan gələn ildən ferrosilisium və ferrosilikomanqan istehsal edəcək

Bakı. 13 iyun. REPORT.AZ/ Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti rezidenti olduğu Sumqayıt Kimya Sənaye Parkının ərazisində ferrosilisium və ferrosilikomanqan istehsal edəcək zavodun tikintisinə başlayıb.

"Report"un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, zavodda ildə 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsalı nəzərdə tutulur. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 150-ə yaxın yerli mütəxəssisin işlə təmin olunması nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Zavodun 2017-ci ilin ikinci yarısında fəaliyyətə başlayacağı gözlənilir.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının hazırda 7 rezidenti var. Sənaye parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV və gömrük rüsumlarından azad olunub.

Son xəbərlər

Orphus sistemi