Yuxarı

​Azərbaycan ən çox "LADA" alan ölkə olacaq

Bu model avtomobilin alışına görə ölkə ilk beşlikdədir

Bakı. 22 iyul. REPORT.AZ/ Bu il Azərbaycan Rusiyanın "AvtoVAZ" şirkətindən avtomobil idxal edən ölkələrin "Top-5"nə daxil olacaq. Azərbaycandan başqa, bu siyahıda Qazaxıstan, Misir, Ukrayna və Almaniya da yer alıb. "Report"un xəbərinə görə, bu haqda şirkətin prezidenti Bu Andersson məlumat verib.

Onun sözlərinə görə, "LADA" Rusiyadan baqşa, dünyanın 15-20 ölkəsində də satılacaq.

"AvtoVAZ" bu il dünyanın müxtəlif ölkələrinə təxminən 70 min avtomobil tədarükünə dair müqavilə imzalayıb. İlin yekunlarına dair idxalçıların "Top-5"nə Azərbaycan, Qazaxıstan, Misir, Ukrayna və Almaniya daxil olacaqlar. Eyni zamanda idxalatçıların bir hissəsi bildiriblər ki, iqtisadi vəziyyətlə əlaqədar olaraq "LADA"nın məhsullarının tədarükü aşağı düşəcək". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi