Azərbaycan Çin sahibkarlarını sənaye zonalarına pul qoymağa dəvət edib

Azərbaycan Çin sahibkarlarını sənaye zonalarına pul qoymağa dəvət edib Azərbaycan Çin şirkətlərini və investisiya fondlarını ölkədə yaradılan sənaye zonalarına sərmayə yatırmağa dəvət edib.
Sənaye
27 Oktyabr , 2021 16:36
Azərbaycan Çin sahibkarlarını sənaye zonalarına pul qoymağa dəvət edib

Azərbaycan Çin şirkətlərini və investisiya fondlarını ölkədə yaradılan sənaye zonalarına sərmayə yatırmağa dəvət edib.

“Report” xəbər verir ki, bununla bağlı hökumətin istəyini Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev qurumun videokonfrans formatında keçirilmiş 8-ci iclasında ifadə edib.

O, bu məsələdə hərtərəfli dəstək göstərməyə hazır olduğunu ifadə edib, Ələt Azad İqtisadi Zonasının, həmçinin Cəbrayıl rayonu ərazisində yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının bu baxımdan cəlbediciliyini diqqətə çatdırıb.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığa toxunan Ş.Mustafayev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Ələt Azad İqtisadi Zonasının, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanla Çin arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

O, diqqətə çatdırıb ki, bütün bu layihələr Çinin “Bir Kəmər - bir yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Hökumət rəsmisi Azərbaycanın həmin təşəbbüsünrəsmi şəkildə dəstəkləyən ilk ölkələrdən biri olduğu məmnunluqla bildirib.

İclasda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geniş imkanlara toxunularaq xüsusilə də Zəngəzur dəhlizinin yaradılmasının çox böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb, onun "Kəmər və yol" layihəsinə də mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi