Azərbaycan 6,6 mln. ABŞ dolları məbləğində polipropilen ixrac edib

Azərbaycan 6,6 mln. ABŞ dolları məbləğində polipropilen ixrac edib Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 8,036 min ton həcmində polipropilen ixrac edib.
Sənaye
22 Fevral , 2020 14:37
Azərbaycan 6,6 mln. ABŞ dolları məbləğində polipropilen ixrac edib
google.az

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 8,036 min ton həcmində polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 6,591 mln. ABŞ dolları təşkil edib.

Polipropilenin yanvar ayında qeyri-neft sektoru üzrə ixracda payı 4,68% olub.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb. 

Son xəbərlər

Orphus sistemi