Azərbaycan 5,9 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edib

Azərbaycan 5,9 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edib Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 41,287 min ton həcmində azot gübrəsi ixrac edib.
Sənaye
133
15 Aprel , 2020 14:34
Azərbaycan 5,9 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edib

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 41,287 min ton həcmində azot gübrəsi ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 5,901 mln. ABŞ dolları təşkil edib.

Azot gübrəsininin üç ayda qeyri-neft sektoru üzrə ixracda payı 1,38% olub.

Qeyd edək ki, azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib. Zavod il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi