Azərbaycan 25 milyon dollardan çox məbləğdə metanol ixrac edib

Azərbaycan 25 milyon dollardan çox məbləğdə metanol ixrac edib Azərbaycan 25 milyon dollardan çox məbləğdə metanol ixrac edib
Sənaye
1203
14 Avqust , 2020 14:23
Azərbaycan 25 milyon dollardan çox məbləğdə metanol ixrac edib
0 : 00
0 : 00

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 254 min ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 25,4 mln ABŞ dolları təşkil edib.

Hesabat dövründə metanolun qeyri-neft sektoru ixracında payı 2,45olub.

Qeyd edək ki, metanol istehsalı Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi