Yuxarı
    Bağlamaq

    Azad iqtisadi zonaların təşkilinin sürətləndirilməsi məqsədilə işçi qrup yaradılıb

    Prezident bununla bağlı sərəncam imzalayıb

    Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında sərəncam imzalayıb.

    "Report"un xəbərinə görə, sərəncama əsasən azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə on bir nəfərdən ibarət üzvü olan işçi qrup yaradılıb. İşçi qrupun rəhbəri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov təyin edilib.

    İşçi qrup üç ay müddətində azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanmış qanun layihəsinin ekspertizasını keçirməklə, dövlətin mənafelərinin və investorların qanuni maraqlarının tarazlı şəkildə nəzərə alınmasını təmin edən sənədin yekun variantını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin işçi qrup azad iqtisadi zonaların inkişaf etdirilməsi məqsədilə bu sahədə təcrübəsi olan xarici investor (developer) şirkətləri ilə bağlanılacaq müqavilələrin əsas şərtlərinə dair təkliflər verməlidir.

    İşçi qrupu aşağıdakı tərkibdən ibarətdir:

    İşçi qrupun rəhbəri:

    Valeh Ələsgərov - Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini

    İşçi qrupun üzvləri:

    İnam Kərimov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

    Emin Hüseynov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini

    Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azər Cəfərov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

    Sahib Ələkbərov - Azərbaycan Respublikası vergilər nazirinin müavini

    İlqar Rəhimov - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

    Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

    Pərviz Musayev - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

    Əfqan Nağıyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi

    Şahmar Mövsümov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru

    Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi