Yuxarı
    Bağlamaq

    Azərbaycan minik avtomobillərinin istehsalını 5 dəfə artırıb

    Bu ilin 8 ayında Azərbaycanda 1 771 minik avtomobili istehsal olunub

    Bakı. 25 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 12,5 mln. manat həcmində avtomobil və qoşqu istehsal olunub. Dövlət Statistika Komitəsinə istinadən "Report" xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qiymət ekvivalentində istehsalat 91,1% artıb. 

    Statistik məlumatlara əsasən, cari ilin 8 ayı ərzində Azərbaycanda 1 771 minik avtomobili, 180 yük avtomobili və 874 traktor istehsal olunub.

    Qeyd etmək lazımdır ki, buraxılan bütün malların növləri üzrə artım müşahidə olunur. Belə ki, 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə minik avtomobillərinin istehsalı 5,4 dəfə, yük avtomobillərinin istehsalı 22,4%, traktorların istehsalı isə iki dəfə artıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi