Yuxarı

"Astaraçay" bu ildən Azərbaycan brendi kimi xaricə ixrac olunacaq - FOTO

Bunun üçün lazım olan keyfiyyət sertifikatları da əldə olunub

Bakı. 27 aprel. REPORT.AZ/ Lənkəran və Astara rayonlarının çay sahələrində ilk yığım prosesi ənənəvi olaraq may ayının ikinci ongünlüyündən başlansa da, bu il aprel ayında həyata keçirilib.
"Report"un məlumatına görə, düzgün aqrotexniki qulluq və əlverişli hava şəraiti səbəbindən 30 ildən sonra Astara fermerləri ilk dəfə aprel ayında məhsul tədarükünə başlayıblar. 

200 hektar ərazidə yığıma başlayan çayçılar plantasiyalarından 450 ton yaşıl yarpaq tədarükünü planlaşdırıb.

Aqronom İsrafil İsrafilovun bildirdiyinə görə, ölkədə ildə adam başına 2,5 kiloqram çay sərf edilir ki, bu da 22 min tondan çox quru çay deməkdir: "Əgər ötən əsrin 70-80 ci illərində respubilkada çaya olan tələbatın təqribən 65-70 %-i yerli istehsal hesabına ödənilirdisə, hazırda bu rəqəm 1-2 % arasında dəyişir". 

Mütəxəssis qeyd edib ki, son 10 ildə Astara rayonunda çay plantasiyaları xeyli genişləndirilib: "Salınan çay sahələri yeni olduğu üçün kollar tam məhsuldarlığa hələ bir neçə ildən sonra düşəcək. Bu da istehsalın minimum 5-6 dəfəyə qədər artmasına səbəb olacaq". 

Qeyd edək ki, rayonda istifadəyə verilən emal fabrikində müasir avadanlıqlarla qablaşdırılan yerli çay artıq bu ildən xaricə ixrac olunacaq. Bunun üçün lazım olan keyfiyyət sertifikatları da əldə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi