"Anglo-Asian Mining" ötən il qızıl satışını azaldıb

"Anglo-Asian Mining" ötən il qızıl satışını azaldıb Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın Anglo-Asian Mining Plc. şirkəti 43 496 unsiya qızıl külçələrini orta hesabla 1 265 ABŞ dolları/unsiya qiymətinə satıb.
Sənaye
16 Yanvar , 2018 17:31
Anglo-Asian Mining ötən il qızıl satışını azaldıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 43 496 unsiya qızıl külçələrini orta hesabla 1 265 ABŞ dolları/unsiya qiymətinə satıb.

“Report” xəbər verir ki, bu barədə Şirkət məlumat yayıb.

2016-cı ildə isə 53 281 unsiya qızıl külçəsi 1 253 dollar/unsiyaya satılıb.

Ötən il satılan 8 497 ton mis konsentratından 16,8 mln. dollar gəlir (Azərbaycanın payı çıxmaqla) əldə olunub. 2016-ci ildə isə 6 830 ton mis konsentratının satışı 12,3 mln. dollar təşkil edib.

Hesabat ilinin IV rübündə isə 18 520 unsiya qızıl külçəsi 1 278 dollar/unsiyaya satılıb.

Keçən il alıcılara çatdırılan mis konsentratının həcmi 196 ton təşkil edib. Bu həcmdə mis konsentratının dəyəri isə hökumətin payı çıxılmaqla 1 mln. dollar olub.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Son xəbərlər

Orphus sistemi