"Anglo-Asian Mining” səhmdarlarına dividendləri bu tarixdə ödəyəcək

"Anglo-Asian Mining” səhmdarlarına dividendləri bu tarixdə ödəyəcək Anglo-Asian Mining Plc." şirkəti səhmdarlarına hər bir səhm üçün ödəyəcəyi dividendlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 29% çoxdur
Sənaye
393
28 Oktyabr , 2020 13:20
Anglo-Asian Mining” səhmdarlarına dividendləri bu tarixdə ödəyəcək

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti səhmdarlarına hər bir səhm üçün ödəyəcəyi dividendlərin tarixi və həcmi açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Şirkətdən bildiriblər ki, Böyük Britaniya şirkəti səhmdarlarına hər bir səhm üçün 4,5 ABŞ senti dividend ödəyəcək. Dividendlərin ödənilməsinə isə bu ilin noyabrın 5-dən başlanılacaq.

Məlumata görə, dividend adi səhm sahiblərinə nağd olaraq ödənilir. Dividendlər funt-sterlinq valyutasına konvertasiya edilərək ödəniləcək.

Şirkət dividendləri qiymətli kağızlar və ya digər müxtəlif investisiya yatırımı etmələrinə təklif etməyəcək.

Xatırladaq ki, “Anglo-Asian Mining Plc." şirkəti səhmdarlarına hər bir səhm üçün ödəyəcəyi dividendlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 29% çoxdur.

Şirkətin vergiyəqədərki mənfəəti 11,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin ilk altı ayı ilə müqayisədə 14,6% çoxdur.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Orphus sistemi