“Anglo Asian Mining”: Azərbaycanda yeni yatağın keyfiyyəti gözləntiləri üstələyir

“Anglo Asian Mining”: Azərbaycanda yeni yatağın keyfiyyəti gözləntiləri üstələyir Qazılan 35 quyudan 32-si gözlənilən keyfiyyətdən daha yaxşı olub
Sənaye
28 Avqust , 2021 17:21
“Anglo Asian Mining”: Azərbaycanda yeni yatağın keyfiyyəti gözləntiləri üstələyir

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining Plc” (AAM) şirkəti 2021-ci ilin birinci yarısında yeni “Zəfər” qızıl və mis yatağının ərazisində ümumi uzunluğu 16 min 319 metr olan 35 quyu qazıb.

“Report” bu barədə şirkətin 2021-ci ilin yanvar-iyun ayları üzrə apardığı geoloji-kəşfiyyat işləri barədə hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu quyulardan 32-si gözlənilən keyfiyyətdən daha yaxşı olub.

“Zəfər” yatağında qazma işləri davam edir və şirkət 2021-ci ilin sonuna qədər mineral ehtiyatların son qiymətləndirməsini, 2022-ci ildə isə 2023-cü ildə istismara verilməsi ehtimalı ilə filiz ehtiyatlarını qiymətləndirilməsini və mədənin yekun layihəsini dərc etməyi planlaşdırır”, - hesabatda deyilir.

“Zəfər” yatağındakı faydalı qazıntı ehtiyatlarına dair ilkin məlumatlara görə, yataqda 51 min metrik ton mis, 82 min unsiya qızıl və 40 min ton sink var.

Qeyd edək ki, “Anglo Asian Mining” şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 %, Britaniya şirkətinin payı isə 49 % təşkil edir.

Son xəbərlər

Orphus sistemi