Altay diyarı Azərbaycandan iplik sap alacaq

Altay diyarı Azərbaycandan iplik sap alacaq Bakı. 21 may. REPORT.AZ/ Rusiyanın Altay diyarı Azərbaycandan iplik sap almaq niyyətindədir.
Sənaye
21 May , 2018 11:42
Altay diyarı Azərbaycandan iplik sap alacaq

Bakı. 21 may. REPORT.AZ/ Rusiyanın Altay diyarı Azərbaycandan iplik sap almaq niyyətindədir.

Bu barədə "Report"a Azərbaycan beynəlxalq qida sənayesi sərgisi və Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Bakıda olan Rusiyanın Altay diyarı hökumətinin sədr müavini Viktor Meşeryakov bildirib.

Onun sözlərinə görə, "Lakasa-teks" şirkətinin nümayəndələri bu məqsədlə Bakıda olublar.

"İndi razılıqlar əldə olunub. Şirkət nümayəndələri 2012-ci ildə istifadəyə verilmiş toxuculuq zavodunda olublar. Onlar fabriki bəyəniblər. Hesab edirik ki, orada da saziş bağlanacaq və biz bu ipləri alacağıq", - V.Meşeryakov deyib.

Son xəbərlər

Orphus sistemi