Ağdamda tullantıların idarə edilməsi üzrə pilot layihə həyata keçiriləcək

Ağdamda tullantıların idarə edilməsi üzrə pilot layihə həyata keçiriləcək Ağdam rayonunda bərpa edilməsi nəzərdə tutulan bir neçə kənddə tullantıların müasir təcrübəyə uyğun idarə edilməsi istiqamətində pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur.
Sənaye
30 May , 2023 15:34
Ağdamda tullantıların idarə edilməsi üzrə pilot layihə həyata keçiriləcək
Muxtar Babayev

Ağdam rayonunda bərpa edilməsi nəzərdə tutulan bir neçə kənddə tullantıların müasir təcrübəyə uyğun idarə edilməsi istiqamətində pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Yaşıl enerji və ətraf mühit" bizneslər üçün inkişaf perspektivləri mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsi iqlim dəyişmələrinin təsirinin yumşaldılması və azaldılması üçün yeni imkanlar yaradıb:

"Bu ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma, o cümlədən ekoloji bərpa işlərinə başlanılıb. "Yaşıl artım" konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir. İşğal dövründə bina və tikililərin kütləvi dağıntıya məruz qalması burada xeyli miqdarda tikinti və söküntü tullantılarının yaranmasına səbəb olur. Bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri həmin tullantıların müasir təcrübəyə uyğun idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi zərurəti yaradıb".

M. Babayev əlavə edib ki, bu ərazilərdə bərpa-quruculuq işlərinin və infrastruktur layihələrinin intensiv şəkildə icra edildiyini nəzərə alaraq, sözügedən sahəyə özəl sektor tərəfindən diqqətin artırılması vacibdir:

"Azərbaycanda gələcək iqtisadi inkişaf ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası sahəsində aparılan fəaliyyətlə sıx bağlı olacaq. Milli prioritetlərə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin ediləcək".

Son xəbərlər

Orphus sistemi