Yuxarı
    Bağlamaq

    ADNSU "SOCAR Polimer"in məhsullarından tədrisdə istifadə etmək istəyir

    © Report

    Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - "SOCAR Polymer" MMC-nin istehsal etdiyi məhsullardan tədrisdə istifadə etmək niyyətindədir. 

    "Report" xəbər verir ki, bu barədə universitetin rektoru Mustafa Babanlı "İnnovasiya Klasterlərinin yaradılmasında dövlət-özəl tərəfdaşlığı: Mövcud aktivlər və yerli xammaldan səmərəli istifadə" mövzusunda keçirilən tədbirdə bildirib. 

    "Universitetin daxili imkanları çərçivəsində alimlərimiz arasında qrant müsabiqəsi elan etməyi düşünürük. Hər biri 50 min manatlıq 7 qrant olacaq. Bunun 51%-i əmək haqqına, 9%-i isə kənar təşkilatlardan sifarişlərə xərclənə bilər", - o qeyd edib. 

    "Universitet olaraq "SOCAR Polymer"in hazırladığı yarımfabrikatlardan istifadə edərək "Start-up"lar yarada bilərik. Yəni tələbələrmiz universiteti təkcə diplomla deyil, bizneslə də tərk etsin", - M.Babanlı əlavə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi