ABŞ-da iki əsrlik silah şirkəti müflis oldu

ABŞ-da iki əsrlik silah şirkəti müflis oldu ABŞ-ın ən böyük silah-sursat istehsalçılarından biri olan “Remington Outdoor Co.” və onun törəmə şirkəti “Remington Arms Company” Alabama əyalət məhkəməsində iflas proseduruna başlanılması barədə iddia qaldırıb.
Sənaye
29 İyul , 2020 01:45
ABŞ-da iki əsrlik silah şirkəti müflis oldu
0 : 00
0 : 00

ABŞ-ın ən böyük silah-sursat istehsalçılarından biri olan “Remington Outdoor Co.” və onun törəmə şirkəti “Remington Arms Company” Alabama əyalət məhkəməsində iflas proseduruna başlanılması barədə iddia qaldırıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” şirkətin məhkəməyə verdiyi sənədə istinadən məlumat yayıb.

ABŞ-ın İflas Kodeksinin 11-ci fəsli şirkətə biznesin yenidən qurulması və kreditorlara borclarını ödəmək planlarını hazırlayarkən fəaliyyətini davam etdirməyə imkan verir.

Bu şirkətin artıq iki il ərzində ikinci iflasıdır.

Qeyd edək ki, şirkət 1816-cı ildə Elifalet Reminqton tərəfindən qurulub. ABŞ ordusu ilə 1845-ci ildə razılaşma əldə edən Reminqton o dövrdə 5 min ədəd Missisipi marka tüfəng istehsal edib.

Son xəbərlər

Orphus sistemi