Baş pediatr: “Zibillikdə tapılan körpənin bədənində zəhərlənmə əlamətləri aşkarlanıb”

Baş pediatr: “Zibillikdə tapılan körpənin bədənində zəhərlənmə əlamətləri aşkarlanıb” Səhiyyə Nazirliyi körpənin müalicəsini nəzarətə götürüb
Sağlamlıq
14 Dekabr , 2016 16:38
Baş pediatr: “Zibillikdə tapılan körpənin bədənində zəhərlənmə əlamətləri aşkarlanıb”

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda zibillikdə tapılan körpənin bədənində zəhərlənmə əlamətləri aşkar olunub.

Bu barədə “Report”a K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev məlumat verib.

N.Quliyevin sözlərinə görə, buna səbəb körpə tapılanadək göbəyinin kəsilməməsi olub: “Körpə bura gətiriləndə bir çox problemləri var idi. Onda həm də kəskin tənəffüs çatışmazlığı olub. Hazırda körpənin səhhəti sabit orta-ağır olduğundan müalicəsi instututun reanimasiya şöbəsində davam etdirilir. O, süni qidalanmaya qoşulub. Körpə güclü soyuqlama aldığından onun bir müddət müəlicəyə ehtiyacı var”.

Baş pediatr onu da deyib ki, Səhiyyə Nazirliyi körpənin müalicəsini nəzarətə götürüb.

Son xəbərlər

Orphus sistemi