"Zəngəzur" şadlıq sarayında baş verən kütləvi zəhərlənmənin səbəbləri açıqlanıb

"Zəngəzur" şadlıq sarayında baş verən kütləvi zəhərlənmənin səbəbləri açıqlanıb Nazirlik məsələyə münasibət bildirib
Sağlamlıq
10 Avqust , 2015 10:08
Zəngəzur şadlıq sarayında baş verən kütləvi zəhərlənmənin səbəbləri açıqlanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyi Binəqədi rayonunda yerləşən "Zəngəzur" şadlıq sarayında keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə hadisəsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Report"a bildirib ki, avqustun 8-də həmin şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq üçün tibb müəssisələrinə müraciət ediblər. 

Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilib: "Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Xəstələrin hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür".

Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi "paytaxt salatı" ehtimal olunur.

Hadisənin araşdırılması davam edir.

Son xəbərlər

Orphus sistemi