Yuxarı
    Bağlamaq

    Bakıda yolların buz bağlaması nəticəsində 70 nəfər yıxılaraq travma alıb

    Zərərçəkənlərdən 60 nəfəri xəstəxanalara yerləşdirilib

    Bakı. 3 fevral. REPORT.AZ/ Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində 70 nəfər yıxılaraq əzilib və travma alıb.

    Bunu “Report”a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

    O bildirib ki, həmin şəxslərdən 60 nəfəri xəstəxanalara yerləşdirilib.

    Baş həkim qeyd edib ki, müraciətlər şəhərin müxtəlif hissələrindən daxil olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi