Yevlaxda 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb

Yevlaxda 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb Bakı. 10 noyabr. REPORT.AZ/ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlax rayonunda fəaliyyət göstərən 33 orta ümumtəhsil məktəbində skoliozun profilaktikası üzrə təşkil etdiyi müayinələrə 9 228 şagird cəlb olunub.
Sağlamlıq
10 Noyabr , 2017 20:51
Yevlaxda 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb

Bakı. 10 noyabr. REPORT.AZ/ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlax rayonunda fəaliyyət göstərən 33 orta ümumtəhsil məktəbində skoliozun profilaktikası üzrə təşkil etdiyi müayinələrə 9 228 şagird cəlb olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, müayinələrin nəticəsində 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb və onlar ətraflı müayinə üçün ailə və ixtisas həkimlərinə yönləndirilib.

Məktəblərdə aparılan müayinələrlə yanaşı, Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq mərkəzlərinə müxtəlif yaş qrupuna aid olan 291 nəfər müraciət edərək tibbi müayinələrdən keçiblər.

Ümumilikdə isə skoliozun profilaktikası üzrə sağlamlıq həftələri çərçivəsində tibbi müayinələrdən keçənlərin sayı 9 519 nəfər təşkil edib. Onlardan 32 nəfərinə rentgen müayinəsindən keçmək üçün göndəriş verilib. Rentgen müayinəyə göndərişlərin səbəbləri də müxtəlif olub: yeriyərkən bir tərəfə əyilmə, çiyinlərdə və çanaqda asimmetriyalar, onurğada ağrılar və s.

Müraciət edən vətəndaşların 9 294 nəfəri 0-15, 45 nəfəri 16-25 yaş, 38 nəfəri 26-35, 41 nəfəri 36-45 yaş, 42 nəfəri 46-55 yaş, 44 nəfəri 56-70 yaş arasında, 15 nəfəri isə 70 yaşdan yuxarı olublar.

Aparılan müayinələr zamanı bir sıra patologiyalar erkən aşkarlanıb. Belə ki, müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərdə isə onurğa deformasiyaları qeydə alınıb. Bundan əlavə, 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyillilik olduğu aşkarlanıb. Digər müraciətçilərdə onurğa sütünu ilə bağlı heç bir patologiya aşkar olunmayıb.

Son xəbərlər

Orphus sistemi