Yuxarı
    Bağlamaq

    Yelena Rostropoviç: "Atamın 2003-cü ildə Heydər Əliyev ilə başladığı işi davam etdirmək istəyirəm"

    Rostropoviç-Vişnevskaya Fondu ürək qüsurları ilə yeni doğulmuş körpələrin kardiomüayinəsi üzrə Azərbaycanda pilot layihə həyata keçirir© Report.az

    Bakı. 14 iyun. REPORT.AZ/ "Atamın xatirəsinin əbədiləşdirdiyinə görə Azərbaycan xalqına təşəkkür edirəm. Buna görə də bura gəlib işimi davam etdirmək istəyirəm. Atamın 2003-cü ildə Heydər Əliyev ilə başladığı işi davam etdirmək istəyirəm".

    "Report" xəbər verir ki, bunu Vişnevskaya-Rostropoviç Beynəlxalq Tibb Fondunun prezidenti, dünya şöhrətli violonçel ustası Mstislav Rostropoviçin qızı Yelena Rostropoviç deyib.

    Onun sözlərinə görə, hazırda Azərbaycanda ürək qüsurları ilə yeni doğulmuş körpələrin kardiomüayinəsi üzrə pilot layihə həyata keçirilir.

    "Səhiyyə Nazirliyi ilə əməkdaşlığı davam etdiririk. Əməkdaşlıq çərçivəsində uşaqların ürək müayinəsi üşün texniki avadanlıq təqdim etmişik", - Y.Rostropoviç vurğulayıb. O əlavə edib ki, fondun təşəbbüsü ilə bu proqram artıq 7 ölkədə fəaliyyət göstərir.

    Fondun icraçı direktoru Uilyam Amoss fondun Azərbaycanda 14 ildir fəaliyyət göstərdiyini bildirib.

    "Bu, Azərbaycan üçün pilot proqram olduğundan onun gedişi ilə tanış olmaq üçün ölkəyə gəlmişik", - U.Amoss qeyd edib.

    Onun sözlərinə görə, proqram səmərəli şəkildə həyata keçirilir: "3 nömrəli Şəhər Klinik xəstəxanasında olduq və proqrama cəlb olunan tibb işçilərinin hazırlıq səviyyəsi və işindən razı qaldıq."

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi