Yelena Rostropoviç: "Atamın 2003-cü ildə Heydər Əliyev ilə başladığı işi davam etdirmək istəyirəm"

Yelena Rostropoviç: "Atamın 2003-cü ildə Heydər Əliyev ilə başladığı işi davam etdirmək istəyirəm" Rostropoviç-Vişnevskaya Fondu ürək qüsurları ilə yeni doğulmuş körpələrin kardiomüayinəsi üzrə Azərbaycanda pilot layihə həyata keçirir
Sağlamlıq
14 İyun , 2017 16:28
Yelena Rostropoviç: Atamın 2003-cü ildə Heydər Əliyev ilə başladığı işi davam etdirmək istəyirəm
Report.az

Bakı. 14 iyun. REPORT.AZ/ "Atamın xatirəsinin əbədiləşdirdiyinə görə Azərbaycan xalqına təşəkkür edirəm. Buna görə də bura gəlib işimi davam etdirmək istəyirəm. Atamın 2003-cü ildə Heydər Əliyev ilə başladığı işi davam etdirmək istəyirəm".

"Report" xəbər verir ki, bunu Vişnevskaya-Rostropoviç Beynəlxalq Tibb Fondunun prezidenti, dünya şöhrətli violonçel ustası Mstislav Rostropoviçin qızı Yelena Rostropoviç deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda ürək qüsurları ilə yeni doğulmuş körpələrin kardiomüayinəsi üzrə pilot layihə həyata keçirilir.

"Səhiyyə Nazirliyi ilə əməkdaşlığı davam etdiririk. Əməkdaşlıq çərçivəsində uşaqların ürək müayinəsi üşün texniki avadanlıq təqdim etmişik", - Y.Rostropoviç vurğulayıb. O əlavə edib ki, fondun təşəbbüsü ilə bu proqram artıq 7 ölkədə fəaliyyət göstərir.

Fondun icraçı direktoru Uilyam Amoss fondun Azərbaycanda 14 ildir fəaliyyət göstərdiyini bildirib.

"Bu, Azərbaycan üçün pilot proqram olduğundan onun gedişi ilə tanış olmaq üçün ölkəyə gəlmişik", - U.Amoss qeyd edib.

Onun sözlərinə görə, proqram səmərəli şəkildə həyata keçirilir: "3 nömrəli Şəhər Klinik xəstəxanasında olduq və proqrama cəlb olunan tibb işçilərinin hazırlıq səviyyəsi və işindən razı qaldıq."

Son xəbərlər

Orphus sistemi