Yuxarı

Yanğında xəsarət alanların yerləşdirildiyi xəstəxanaların adları açıqlanıb - SİYAHI

Ölənlərin sayı 7 nəfərə çatıb

Bakı. 19 may. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla əlaqədar saat 14:00-a olan son məlumatlara əsasən 20 nəfər yaralı artıq Təcili Tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

O bildirib ki, xəsarət alanlardan 14-ü 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 3 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 2 nəfər 6 saylı birləşmiş şəhər xəstəxanasına, 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

Bu saata olan son məlumatlara əsasən ölənlərin sayı 7 nəfərdir. Digər 6 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi