Yuxarı

Xızıda avtobus qəzasında yaralananlardan ikisinin vəziyyəti orta-ağırdır

Səhiyyə Nazirliyi yaralıların son durumunu açıqlayıb

Bakı. 6 iyun. REPORT.AZ/ Səhiyyə Nazirliyi Xızı rayonunda baş verən avtobus qəzasında yaralananların son durumunu açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report"a verdiyi məlumata görə, mayın 29-da baş verən qəzadan sonra Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 15 nəfərdən 6-sı evə buraxılıb: "Hazırda xəstəxanada 9 nəfər var. Qəza nəticəsində ağır kəllə-beyin travması almış bir nəfər isə ağır vəziyyətdən çıxıb, indi onun vəziyyəti orta-ağırdır. O, əməliyyat olunub və əməliyyatdan uğurla çıxıb. Hazırda vəziyyəti yaxşılaşmağa doğru gedir".

S.Əhmədova bildirib ki, Bakıdakı 1 saylı şəhər Klinik Tibbi Mərkəzə yerləşdirilən 2005-ci il təvəllüdlü Nigar Kazımlı və anası Rəhmanova Lalə Rəhman qızı hazırda xəstəxanada müalicələrini davam etdirirlər: "Lalə Rəhmanovanın vəziyyəti yaxşıdır, evə yazıla bilər. Nigar Kazımlının isə vəziyyəti orta-ağır qiymətləndirilir".

Xatırladaq ki, mayın 29-da Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi