Yuxarı

Səhiyyə Nazirliyi: Xəstəxanalarda olan yaralıların həyati təhlükəsi yoxdur

Hazırda səhiyyə nazirinin müavinləri xəstəxanalardadırlar

Bakı. 19 may. REPORT.AZ/ Səhiyyə Nazirliyi yanğınla əlaqədar xəstəxanalarda olan yaralıların səhhəti ilə bağlı açıqlama yayıb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, ən son məlumatlara əsasən, 50 nəfər yaralı artıq Təcili Tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

Əvvəlcədən yaralıların qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilir. Ümumilikdə xəsarət alanların sayı 50 nəfərdir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib.

Hazırda yaralıların əksəriyyəti 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində toksiki zəhərlənmə diaqnozu ilə yerləşdirilib. Digər yaralılar Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına və Yanıq şöbəsinə yerləşdiriliblər.

10 nəfərə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.

Hazırda Səhiyyə Nazirliyinin müavinləri xəstəxanalardadırlar, yaralıların hazırkı vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər.

Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 Təcili və Təxirəsalınmaz Tibbi Yardımın briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqada hazır vəziyyətdə hadisə yerində qalır.

Xəstəxanalarda olan yaralıların həyati təhlükəsi yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi