Xəstənin sağlam ayağının kəsilməsi faktı ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb

Xəstənin sağlam ayağının kəsilməsi faktı ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb Məsələ hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır
Sağlamlıq
24 İyun , 2016 15:33
Xəstənin sağlam ayağının kəsilməsi faktı ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb

Bakı. 24 iyun. REPORT.AZ/ Angioloji və Mikrocərrahiyyə Mərkəzində həkimin şəkərli diabet xəstəsinin qanqrena olan sol ayağının yerinə sağlam ayağının kəsilməsi faktı ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb.

Bunu “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

“Məsələ hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır”, - o bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, həm Səhiyyə Nazirliyi Tibbi Ekspertizanın, həm də hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları araşdırmaların nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.

Xatırladaq ki, Angioloji və Mikrocərrahiyyə Mərkəzində həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. Şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan sonra məlum olub ki, 82 yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. 

Son xəbərlər

Orphus sistemi