Xərçəng xəstəliyini aşkar edən sensor hazırlanır

Xərçəng xəstəliyini aşkar edən sensor hazırlanır Qurğu hələlik yalnız siçovullar üzərində sınaqdan keçirilib
Sağlamlıq
11 Avqust , 2015 02:21
Xərçəng xəstəliyini aşkar edən sensor hazırlanır

Bakı. 11 avqust. REPORT.AZ/ Xərçəng xəstəliyini aşkar edən sensor hazırlanır. "Report" xarici mətbuata istinadən xəbər verir ki, xərçəng dinamik xəstəlik olsa da, həkimlər bu xəstəliyin mərhələlərini əvvəlki kimi statik təsvirlər üzrə izləyirlər.

"TicTac" ölçüsündə yeni implantasiya edilən sensor bu istiqamət üzrə aparılan işləri dəyişməlidir. Massaçusets Texnologiya Universitetinin nəzdində olan institutun mütəxəssislərinin hazırladığı sensor həkimlərə adi alətlərin tətbiqindən əvvəl xərçəng şişinin ölçüsündəki dəyişikliyi aşkar etməyə imkan verir.

"Qarşımıza elə bir qurğu yaratmağı məqsəd qoyduq ki, xərçəng şişindəki dəyişikliklər haqda məlumat verə bilsin. Xərçəng şişinin kiçildilməsini görməkdən ötrü aylarla gözləməyə ehtiyac yoxdur. Müalicənin düzgün istiqamətdə aparıldığını bilmək üçün ilkin məlumatları əldə etmək kifayətdir"- deyə, İnstitutda işləyən tədqiqatın baş müəllifi Maykl Çima qeyd edib.

Qurğu hələlik yalnız siçovullar üzərində sınaqdan keçirilib. Belə sensorun insanın orqanizmində uzun müddət üçün tətbiqinin nə qədər təhlükəsiz olduğunu bilmək üçün əlavə tədqiqatlar tələb olunur.

Son xəbərlər

Orphus sistemi