Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycana xaricdən gələn həkimlərin fəaliyyətlərinin qadağan edilməsi təklif olunur. “Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Musa Quliyev çıxış edib.
O bildirib ki, qeyri-ixtisas həkimləri xaricdən gələrək Azərbaycanda tibbi fəaliyyət növü ilə məşğul olurlar: “İranda diş həkimi olan Azərbaycana gəlib ginekoloq kimi fəaliyyət göstərir. Bu, ciddi fəsadlara gətirib çıxarır. Bizim artıq özümüzdə xeyli ixtisaslaşmış həkimlərimiz var və xaricdən gələnlərə ehtiyac görmürük”.
Təklif komitə üzvləri tərəfindən də dəstəklənib.