Vətəndaşlar İran səhiyyəsindən Oqtay Şirəliyevə şikayət edib

Vətəndaşlar İran səhiyyəsindən Oqtay Şirəliyevə şikayət edib Digər müraciətlər sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin işlə təminatı ilə bağlı olub
Sağlamlıq
22 Yanvar , 2015 17:19
Vətəndaşlar İran səhiyyəsindən Oqtay Şirəliyevə şikayət edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Saatlı Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Saatlı, İmişli, Beyləqan, Füzuli rayon sakinləri öz müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildiriblər.

Qəbula gələn 40-a yaxın şəxsin müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.

Vətəndaşların müraciətlərinin əsas hissəsini xarici ölkələrdən, xüsusilə İran İslam Respublikasından fəsadlaşmış halda Azərbaycana dönən və yerli mütəxəssislərdən yardım istəyənlər təşkil edib. Digər müraciətlər sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmilləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi