Vərəm xəstəliyinə tutulmuş şəxslər müavinətlərini nağdsız qaydada alacaqlar

Vərəm xəstəliyinə tutulmuş şəxslər müavinətlərini nağdsız qaydada alacaqlar Dəyişikliyə əsasən, vərəm xəstələrinə müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək
Sağlamlıq
1 İyun , 2017 15:13
Vərəm xəstəliyinə tutulmuş şəxslər müavinətlərini nağdsız qaydada alacaqlar

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanda vərəm xəstəliyinə tutulmuş şəxslər bundan sonra müavinətlərini nağdsız qaydada alacaqlar.

“Report” xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Azərbaycanda vərəmlə mübarizə haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əks olunub.

Dəyişikliyə əsasən, vərəm xəstələrinə müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericilikdə bununla bağlı hər hansı müddə yoxdur. 

Son xəbərlər

Orphus sistemi