Ədliyyə Nazirliyinin rəsmisi: "Vərəm xəstələri məcburi müalicəyə cəlb olunmalıdır"

Ədliyyə Nazirliyinin rəsmisi: "Vərəm xəstələri məcburi müalicəyə cəlb olunmalıdır" "Bu sahədə çalışan insanların, ftiziatrların və pulmonoqların əmək haqları da artırılmalıdır"
Sağlamlıq
27 Mart , 2017 17:39
Ədliyyə Nazirliyinin rəsmisi: Vərəm xəstələri məcburi müalicəyə cəlb olunmalıdır

Bakı. 27 mart. REPORT.AZ/ “Cəzaçəkmə müəssisələrində dərmanlara davamlı vərəmli xəstələrin nisbi artımı müşahidə olunur. Ona görə də bu sahədə tələbkarlıq artırılmalıdır”.

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev 24 mart - Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr olunan "dəyirmi masa"da bildirib.

Onun sözlərinə görə, gələcəkdə “Vərəm haqqında” qanuna dəyişikliklər edilsə, onda qanunvericilikdə ağır formalı, çoxsaylı dərmanlara davamlı vərəmin məcburi müayinə məsələsi də öz əksini tapmalıdır: “Narkomaniya, alkoqalizm, psixiatriyada məcburi müalicə var. Bu, vərəm xəstələri üçün də tədbiq edilməlidir. Əgər vərəmli xəstə cəmiyyət üçün təhlükəlidirsə, qanun qarşısında məsuliyyət daşıdığını dərk etməli və müalicəyə cəlb olunmalıdır”.

R.Mehdiyev qeyd edib ki, bu sahədə çalışan insanların, ftiziatrların və pulmonoqların əmək haqları da artırılmalıdır: “Çünki bu məsələ çox aktualdır. Tibb sahəsi ilə bağlı 14 ixtisas üzrə 25-30 faiz artım, İİV-lə bağlı 60 faiz, qalanlarında isə 15 faiz artım olub. Bu gün vərəm İİV-dən daha aktualdır”.

Deputat İlham Məmmədov isə Milli Məclisin növbəti plenar iclasında bununla bağlı məsələni gündəmə gətirəcəyini deyərək vurğulayıb ki, vərəm xəstələrinin müalicə olunduğu xəstəxanalarda müəyyən kadr çatışmazlıqları da müşahidə olunur: “Rayonlara yeni təyinatla göndərilən ən gənc kadrların 50-dən yuxarı yaşı var. Bu vərəm sahəsində xüsusilə özünü göstərir. Yevlax və Tərtər rayonunda xəstəxana tikilib, ancaq kadr çatışmazlığı yaşanır. Tək Tərtərdə 40 həkimə ehtiyac var”.

V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Həqiqət Qədirova vərəm xəstələrinə verilən I qrup dərmanlar dövlət tərəfindən alındığını söyləyib: “II qrup dərmanlar hələlik Qlobal Fond və qismən dövlət tərəfindən alınır. Bu il martın sonlarında, yaxud apreldə ölkəyə geniş saylı dərmanlara davamlı preparatlar gətiriləcək. Bunlar da V qrup dərman preparatları olacaq. Bu dərman preparatları ən çətin və geniş saylı xəstələrin müalicəsi üçün istifadə ediləcək”.

Son xəbərlər

Orphus sistemi