ÜST-nin Avropa Regional Bürosunun direktoru "Bakı 2015"in açılış mərasimində iştirak edəcək

ÜST-nin Avropa Regional Bürosunun direktoru "Bakı 2015"in açılış mərasimində iştirak edəcək Səfər çərçivəsində səhiyyə naziri Oqtay Şirəliyev qonaqla görüşüb
Sağlamlıq
11 İyun , 2015 18:09
ÜST-nin Avropa Regional Bürosunun direktoru Bakı 2015in açılış mərasimində iştirak edəcək

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Jujanna Yakabla görüşüb. Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Azərbaycanda keçirilən "Bakı 2015" I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün səfərə gələn xanım J.Yakabı Səhiyyə Nazirliyində qəbul edən nazir ÜST-lə Azərbaycanın əlaqələrinin tarixindən danışıb.

Nazir bildirib ki, bu münasibətlər 1992-ci ildən etibarən başlanıb, daha da inkişafı və genişləndirilməsi üçün Səhiyyə Nazirliyi kifayət qədər səy göstərib.

Jujanna Yakab ölkə səhiyyəsində görülən bir çox işlərin, atılan addımların və yeniliklərin daim ÜST tərəfindən dəstəkləndiyini qeyd edib.

Xatırladaq ki, hazırda Azərbaycanda səhiyyə sahəsində bir sıra beynəlxalq təşkilat və qurumlar fəaliyyət göstərir. Bunların ən nüfuzlularından biri də Ümumdünya Səhiyyə Təşkilatıdır. Azərbaycan 53 ölkəni özündə birləşdirən ÜST-nin 1993-cü ildən üzvüdür. 

Son xəbərlər

Orphus sistemi