ÜST: Son bir həftədə "Ebola”ya yoluxma faktı qeydə alınmayıb

ÜST: Son bir həftədə "Ebola”ya yoluxma faktı qeydə alınmayıb “Ebola”dan ölənlərin sayı 11 305 nəfərə çatıb, daha 28 min 109 nəfər təhlükəli virusa yoluxub
Sağlamlıq
7 Oktyabr , 2015 23:32
ÜST: Son bir həftədə Ebola”ya  yoluxma faktı qeydə alınmayıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Son bir həftə ərzində dünyada "Ebola” virusuna yoluxma faktı qeydə alınmayıb. "Report"un "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri bildiriblər ki, ölümcül virusun yayılmağa başladığı 2014-cü ilin mart ayından etibarən dünyda hər həftə yoluxma faktları qeydə alınsa da, son bir həftədə ilk dəfə olaraq xəstə artımı müşahidə olunmayıb.

Qeyd edək ki, “Ebola”dan ölənlərin sayı 11 305 nəfərə çatıb. Daha 28 min 109 nəfər təhlükəli virusa yoluxub. 

Son xəbərlər

Orphus sistemi