Yuxarı

ÜST piylənmədən əziyyət çəkən uşaqların sayının artacağı ilə bağlı xəbərdarlıq edib

Piylənmədən əziyyət çəkən uşaqların sayının 10 il sonra 70 milyona çatacağı ehtimal olunur

Bakı. 23 iyun. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələcəkdə piylənmədən əziyyət çəkən uşaqların sayının artacağı ilə bağlı xəbərdarlıq edib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ÜST-nin direktoru Marqaret Şan Honkonqda keçirilən tədbirdə deyib.

Xəbərdarlıqda bildirilir ki, piylənmədən əziyyət çəkən uşaqların sayının 10 il sonra 70 milyona çatacağı ehtimal olunur. ÜST piyli uşaqların sayının artacağını və 2025-ci ildə dünya üzrə 70 milyon uşağın məhz bu xəstəlikdən əziyyət çəkəcəyini diqqətə çatdırıb.

ÜST-nin direktoru Marqaret Şan çıxışı zamanı deyib ki, hazırda dünyada ən vacib problemlərdən biri uşaqların kök olmasıdır: "Bu məsələ sağlamlıq baxımından ciddi təhlükə hesab olunmalı və bir çox hökumətlər bununla mübarizə aparmalıdır".

O, iclasda çıxışı zamanı artıq piylənmənin səbəblərinə də toxunub: "Başlıca səbəb şəkərli içkilər və qida dəyəri aşağı olan yeməklərin yeyilməsidir. Bu məhsullardan da daha çox kasıb təbəqə istifadə edir. Onu da qeyd edim ki, bu xəstəlikdən əziyyət çəkənlər əsasən inkişaf etmiş ölkələrdə qeydə alınır".

Tədbirdə həmçinin uşaqlar arasında piylənmənin statistik göstəriciləri də açıqlanıb. Belə ki, 1990-cı ildə 32 milyon insan artıq çəki, ya da piylənmədən əziyyət çəkirdisə, 2013-cü ildə bu rəqəm 42 milyona çatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi