ÜST məruzəsi: Azərbaycanda malyariya müəyyən olunmayıb

ÜST məruzəsi: Azərbaycanda malyariya müəyyən olunmayıb Dünyada malyariyadan ölüm halları 47% azalıb
Sağlamlıq
9 Dekabr , 2014 11:53
ÜST məruzəsi: Azərbaycanda malyariya müəyyən olunmayıb
Bakı. 9 dekabr. REPORT.AZ/ Dünya ictimaiyyəti tərəfindən görülən effektiv tədbirlər nəticəsində 2000-ci ildən 2013-cü ilə qədər dünyada malyariyadan ölüm halları 47% azalıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dekabrın 9-da Cenevrədə dərc olunmuş illik məruzəsində (hesabatında) deyilir. 

Məruzədə qeyd olunub ki, bir çox ölkələrdə malyariya tamamilə aradan qaldırılmaqdadır. 2013-cü ildə bu xəstəliyə yoluxma hallarının olmaması barədə Azərbaycan və Şri-Lanka məlumat verib. Argentina, Ermənistan, Misir, Türkmənistan, Qırğız Respublikası da daxil olmaqla, daha 11 ölkə bildirib ki, malyariyadan azad ölkə statusunu saxlayırlar. 

Ölümlə nəticələnən malyariya hallarının 90%-nin müşahidə olunduğu Afrika regionunda ölüm halları 54% azalıb. 

ÜST-ün qiymətinə görə, 2013-cü ildə dünyada təxminən 192 mln. insan malyariyaya yoluxub, onlardan 584 min nəfəri ölüb. Ölənlərin 453 min nəfəri 5 yaşına qədər uşaqlar olub. 

Son xəbərlər

Orphus sistemi