ÜST: Dünyada Ebola virusundan ölənlərin sayı 7 minə yaxın çatıb

ÜST: Dünyada Ebola virusundan ölənlərin sayı 7 minə yaxın çatıb Xəstəliyə yoluxanların sayı hazırda 16 200 nəfər təşkil edir
Sağlamlıq
29 Noyabr , 2014 03:37
ÜST: Dünyada Ebola virusundan ölənlərin sayı 7 minə yaxın çatıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Ebola virusundan ölənlərin sayı 6928-ə çatıb.

"Report"un RİA Novosti-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti hesabatında deyilir.

ÜST-ün məlumatına görə, xəstəliyə yoluxanların sayı hazırda 16 200 nəfər təşkil edir.

Liberiyada xəstəliyə 7,2 min nəfər yoluxub, onlardan  4,2 mini  həyatını itirib, Syera-Leonedə 7,2 min yoluxma və 4,2 min ölüm halı qeydə alınıb, Qvineyada 2,1 min nəfər xəstələnib, 1,3 min nəfər dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi