Yuxarı

ÜST Avropa Regional Bürosunun direktoru Oqtay Şirəliyevə məktub ünvanlayıb

Buna səbəb Azərbaycanda qızılca və məxmərək xəstəliyinin tam ləğvidir

Bakı. 20 aprel. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Jujanna Yakab Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə minnətdarlıq məktubu ünvanlayıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Azərbaycanda bir necə ildir qızılca və məxmərək xəstəliyinin eliminasiyası (tam ləğvi) münasibətilə ünvanlanan məktubda ÜST-ün Avropa Regional komissiyasının qızılca və məxmərəyə dair statusu haqda qısaca məlumat verilib. 

Bildirilib ki, Qızılca və Məxmərəyin verifikasiyası (təsdiqi) üzrə Komitənin rəyinə əsasən Avropanın 32 üzv olan dövlətlərdə qoyulan tələblər tam yerinə yetirib.

2012-2014-cü illər ərzində 21 dövlət qızılca, 20 dövlət isə tamamilə məxmərəyin ləğvinə nail olub. Azərbaycan bu sırada ön yerlərdə olduğundan Jujanna Jakob öz məktubunda Qızılca və Məxmərəyin verifikasiyası üzrə Komitəsi adından, eləcə də ÜST Katibliyi adından səhiyyə nazirini təbrik edib.

O da bildirilib ki, Komitə qızılca və məxmərəyin aradan qaldırılması məqsədi ilə ölkəmizin icbari dispanzerizasiya və bu kimi əlavə tədbirlərin həyata keçirilməsini yüksək qiymətləndirir. 

Xanım Yakob bu tendensiyanın davamı, eləcə də xəstəliyi tamamilə ləğv etmiş ölkə statusunu daim qoruyub saxlanması üçün həssas əhali arasında epidemioloji nəzarətin davamlı olmasının vacibliyini vurğulayıb.

Sonda Azərbaycanın bu sahədə qazandığı uğurlar Avropa regionunda qızılca və məxmərəyin ləğvinə verdiyi böyük töhfə kimi dəyərləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi