ÜST: 2015-ci ildə malyariyadan 449 min insan ölüb

ÜST: 2015-ci ildə malyariyadan 449 min insan ölüb "Ölüm hallarının təxminən 70%-i uşaqların payına düşür"
Sağlamlıq
13 Dekabr , 2016 06:54
ÜST: 2015-ci ildə malyariyadan 449 min insan ölüb

Bakı. 13 dekabr. REPORT.AZ/ Malyariya bəşəriyyət üçün, xüsusilə də Afrikada, Böyük Səhradan cənubda kəskin problem olaraq qalmaqdadır: 2015-ci ildə dünyada 212 min nəfər bu xəstəliyə yoluxub, onların 449 nəfəri vəfat edib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının malyariya ilə mübarizəyə dair illik hesabatında qeyd olunur.

"Malyariya qlobal yükünün böyük qismi qeyri-proporsional şəkildə Afrikanın Böyük Səhradan cənubda olan hissəsinin payına düşür. 2015-ci ildə bu xəstəliyin 90 faizi və ondan ölüm hallarının 92 faizi bu bölgədə qeydə alınıb", - deyə hesabatda bildirilir.

Ekspertlərin hesablamalarına görə, beş yaşına qədər olan uşaqlar, xüsusilə zəif olduqlarına görə, malyariyadan ölüm hallarının təxminən 70% -i onların payına düşür.

Son xəbərlər

Orphus sistemi