Uşaqların peyvəndlərə cəlb edilməsini yoxlamaq üçün rayonlarda monitorinq keçiriləcək

Uşaqların peyvəndlərə cəlb edilməsini yoxlamaq üçün rayonlarda monitorinq keçiriləcək Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalanıb.
Sağlamlıq
18 Aprel , 2018 13:05
Uşaqların peyvəndlərə cəlb edilməsini yoxlamaq üçün rayonlarda monitorinq keçiriləcək

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Oqtay Şirəliyevin imzaladığı əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Əmrdə aprelin 23-dən 29-a kimi respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, ÜST dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədi ilə Respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi