Yuxarı

Dünyada uşaqlar arasında yeni virusa yoluxma halları aşkar edilib

Virusa qarşı hələlik heç bir peyvənd və ya müalicə metodu tapılmayıb

Bakı. 23 aprel. REPORT.AZ/ Uşaqlar arasında yeni virusa yoluxma halları aşkar edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə Avstraliyada aparılan araşdırma nəticəsində gəlinib.

Araşdırma zamanı Pikorna virusu sinfinə aid edilən "Pareko"nun körpələrdə inkişafdan qalma və beyin zədəsinə yol açdığı məlum olub.

Avstraliya-Asiya Yoluxucu Xəstəliklər Cəmiyyəti (ASID) ölkədə 100-dən artıq körpənin üzərində apardığı tədqiqatda 2013-cü və 2014-ci illərdə "Pareko" virusu səbəbindən xəstəxanaya aparılan uşaqların çoxunda bir il sonra aparılan testlər nəticəsində inkişaf anomaliyaları müəyyən olunub.

"Pareko" virusunun yoluxduğu uşaqlarda yüksək qızdırma, halsızlıq, narahatlıq kimi əlamətlərin müşahidə olunduğu qeyd edilib.

ASID-in sədri Şeril Cons açıqlamasında bunun yeni virus olduğunu bəyan edib. O, həmçinin yeni virus haqqında çox da məlumatlı olmadıqlarını deyib: "Apardığımız araşdırmanın nəticələrinə baxsaq, vəziyyət elə də ürəkaçan deyil. Virusa yoluxan körpələrdə inkişaf anomiyaları, nevroloji pozğunluqlar və beyin zədəsinin olduğu müşahidə edilir. Virusa qarşı hələlik heç bir peyvənd və ya müalicə metodu tapılmayıb". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi