Yuxarı

​USAİD İmişlidə yeni xəstəxana tikib

1182 nəfərə yaxın şəxsə xidmət göstərəcək tibb mərkəzi SEDA layihəsi çərçivəsində tikilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün İmişli rayonunun Ağaməmmədli kəndində tikintisi başa çatmış yeni tibb məntəqəsinin açılışı olub. "Report" xəbər verir ki, tibb məntəqəsi ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində inşa edilib.

Tibb mərkəzi 1182 nəfərə yaxın şəxsə xidmət göstərəcək.

Tədbirdə yerli sakinlər, yerli icra hakimiyyəti və Ağaməmmədli bələdiyyə orqanlarının nümayəndələri, İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi və ABŞ İnkişaf Agentliyinin (USAID) ölkə üzrə direktoru iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi