Uroloji Mərkəzdə riskli böyrəkköçürmə əməliyyatı olub

Uroloji Mərkəzdə riskli böyrəkköçürmə əməliyyatı olub Bakı. 4 dekabr. REPORT.AZ/ Nazirlər Kabinetinin təsdiqlədiyi böyrək transplantasiyasına dair Dövlət Proqramı əsasında daha bir hemodializ xəstəsi əməliyyat olunub.
Sağlamlıq
4 Dekabr , 2017 18:39
Uroloji Mərkəzdə riskli böyrəkköçürmə əməliyyatı olub

Bakı. 4 dekabr. REPORT.AZ/ Nazirlər Kabinetinin təsdiqlədiyi böyrək transplantasiyasına dair Dövlət Proqramı əsasında daha bir hemodializ xəstəsi əməliyyat olunub.

Bu barədə “Report”a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Akademik M.Cavadzadə adına Uroloji Mərkəzdə xəstəyə böyrək transplantasiyasını icra edən tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi 15 ildir hemodializdə olan Q.Ağamətin əməliyyatının digər əməliyyatlara nəzərən çətin və daha məsuliyyətli olduğunu bildirib.

Belə ki, uzun müddət dializdə olan xəstələrdə ürək damar çatışmazlığı əmələ gəlir. Bu xəstənin də ürək fəaliyyəti 30%, damarları isə keyfiyyətsiz olub. Texniki çətinliyə baxmayaraq, xəstəyə bacısından alınan böyrək müvəffəqiyyətlə nəql edilib. Xəstə artıq normal vəziyyətdə evinə yazılıb. Bundan sonra da həyatına normal, sağlam fərd kimi davam edəcək.

Nazirlər Kabinetinin təsdiqlədiyi böyrək transplantasiyasına dair Dövlət Proqramı əsasında bu günə kimi ölkədə 100-dən artıq xəstəyə dövlət hesabına böyrək transplantasiyası uğurla icra edilib.

Son xəbərlər

Orphus sistemi