Ürək-damar cərrahı: "İndiyə qədər dünyada 88 mindən çox insana ürək köçürülüb"

Ürək-damar cərrahı: "İndiyə qədər dünyada 88 mindən çox insana ürək köçürülüb" Rəşad Mahmudov: "Bu gün dünyada hər doğulan 1000 uşağın 8-12-sində anadangəlmə ürək qüsurları olur"
Sağlamlıq
18 İyul , 2017 12:05
Ürək-damar cərrahı: İndiyə qədər dünyada 88 mindən çox insana ürək köçürülüb

Bakı. 18 iyul. REPORT.AZ/ "İnsanlarda donor olmaq, orqanlarını bağışlamaq istəyini formalaşdırmaq lazımdır. Bu da beyin ölümü baş verən insanlardan götürülə bilər. Azərbaycanda isə ürək köçürülməsi məsələsi əsas problemdən biridir".

"Report" xəbər verir ki, bunu Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, deputat Rəşad Mahmudov deyib.

O bildirib ki, bu gün dünyada hər doğulan 1000 uşağın 8-12-sində anadangəlmə ürək qüsurları olur: "Bu günə qədər dünyada 88 mindən çox insana ürək köçürülüb. Bu da ildə 3500-dən çox insana ürək köçürülməsi deməkdir".

R.Mahmudov qeyd edib ki, Bakıda ürək şişləri ilə bağlı 25-30 əməliyyat icra olunub ki, bu şişlərin çoxu xoşxassəli olub.  

Son xəbərlər

Orphus sistemi