Yuxarı
    Bağlamaq

    UNAİDS: İİV infeksiyasından əziyyət çəkənlərin ölüm göstəricisinə görə yaş həddi kəskin şəkildə artıb

    Bu il 15,8 milyon insan ARV-terapiyasına cəlb olunub

    Bakı. 25 noyabr. REPORT.AZ/ Dünya əhalisi arasında İİV infeksiyasından əziyyət çəkənlərin ölüm göstəricisinə görə yaş həddi 1987-ci illə müqayisədə kəskin şəkildə artıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin İİV və QİÇS-lə Mübarizə proqramında (UNAİDS) yer alan hesabatda bildirilib. 

    Statistikaya görə, 1987-ci ildən bu günə qədər İİV-ə yoluxanlar arasında ölüm üzrə orta yaş həddi də kəskin artıb. Belə ki, kişilər arasında bu artım 34 faiz təşkil edir: "Kişilər arasında ölüm həddi 37,9 yaşından (1987-ci ildə) 50,8-ə (2013-cü il) çatıb. Qadınlar arasında isə bu göstərici daha böyükdür. Yaş həddi 35,2-dən (1987) 49,7-ə (2013-cü il) çatıb. 

    2013-ci ilin sonuna qədər dünyada təxminən 36,9 milyon insan İİV infeksiyasının daşıyıcısı olub. Bunun da 70 faizi Afrikada qeydə alınıb.

    2000-ci ildən isə virusa yoluxanların sayında 35 faiz azalma müşahidə olunur. ARV-terapiyasına bu il 15,8 milyon insan cəlb olunub ki, bu da keçən illə müqayisədə 2,2 faiz çoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi