Yuxarı

Ümumdünya Səhiyyə Təşkilatı Ebola virusundan ölənlərin sayını açıqladı

Virusundan ölənlərin sayı isə 6 915-ə çatıb

Bakı. 18 dekabr. REPORT.AZ Ebola virusuna yoluxanların sayı 18 600-ü ötüb. Virusundan ölənlərin sayı isə 6 915-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti hesabatında bildirilir.

Qeyd edək ki, hazırda Ebola virusu ən çox Sierra-Leone, Qvineya və Liberiyada yayılıb.

BMT Baş katibi Pan Gi Mun isə bəyan edib ki, yaxın vaxtlarda şəxsən ölümcül virusdan əziyyət çəkən Qərbi Afrika ölkələrinə səfər edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi