Ukrayna şirkəti Azərbaycanda dərman müəssisəsi tikəcək

Ukrayna şirkəti Azərbaycanda dərman müəssisəsi tikəcək Bakı. 26 sentyabr. REPORT.AZ/ Ukraynanın “İndar” əczaçılıq şirkəti Azərbaycanda dərman istehsalı müəssisəsi tikəcək.
Sağlamlıq
26 Sentyabr , 2018 21:16
Ukrayna şirkəti Azərbaycanda dərman müəssisəsi tikəcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ Ukraynanın “İndar” əczaçılıq şirkəti Azərbaycanda dərman istehsalı müəssisəsi tikəcək. 

“Report” xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bu ölkənin Müstəqillik Günü və Ukrayna dövlətçiliyinin 100 illiyi münasibətilə Bakıda keçirilən tədbirdəki çıxışında bildirib. 

O, qeyd edib ki, müəssisənin tikintisi üçün hazırlıq işləri başa çatdırmaq üzrədir.

Səfir həmçinin yaxın vaxtlarda Bakıda Ukrayna Ticarət Evinin açılacağını da diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi